FHN tikilməkdə olan obyektlərdə kameralar quraşdıracaq
15 dekabr 2012 11:59 (UTC +04:00)

FHN tikilməkdə olan obyektlərdə kameralar quraşdıracaq

Azərbaycanda tikilməkdə olan obyektlərdə Fövqəladə Hallar Nazirliyi tərəfindən kameralar qurulacaq. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən məlumat verilib.

 

Hazırda Agentlikdə bununla bağlı müvafiq proqram təminatı və layihələr hazırlanır.

 

Gələn ildən start veriləcək proses çərçivəsində lisenziyalı tikilən obyektlərdə kameralar quraşdırılacaq. Bununla da tikinti prosesi və orada baş verənlərə Agentlik tərəfindən nəzarət etmək mümkün olacaq və bütün proseslər qeydə alınacaq.

# 695
avatar

Oxşar yazılar