Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən noyabrda Bakı şəhərində Əlillərin VI Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi keçiriləcək. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Baxış-müsabiqədə respublikanın müxtəlif bölgələrindən olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət sahəsində qabiliyyətlərini nümayiş etdirəcəklər. Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə qaliblərin mükafatlandırılması, həmçinin mükafat almayan hər bir iştirakçıya maddi yardım verilməsi, qaliblərin iştirakı ilə konsert proqramının təqdim olunması nəzərdə tutulur. «2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»na əsasən təşkil olunan bu tədbirdə məqsəd əlillərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, musiqi-bədii yaradıcılıq, rəssamlıq-tətbiqi sənət və idman sahəsində onların istedad və qabiliyyətlərinin aşkara çıxarılmasıdır.

Əlillərin bədii yaradıcılıq müsabiqəsi keçiriləcək
Oxşar yazılar

Yayda çox şey dəyişəcək: taleyüklü hadisələrlə qarşılaşacaq üç BÜRC
14 iyul 2025 , 09:19
Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək
14 iyul 2025 , 00:02
Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət
13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB
13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz
13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA
13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər
13 iyul 2025 , 18:23