Elçin Əlibəyli: “Publika.az-ın baş direktoru vəzifəsindən ayrıldım...” - AÇIQLAMA
14 may 2013 14:49 (UTC +04:00)

Elçin Əlibəyli: “Publika.az-ın baş direktoru vəzifəsindən ayrıldım...” - AÇIQLAMA

Tanınmış teleaparıcı Elçin Əlibəylinin ANS telekanalında yeni layihəyə başlaması və Publika.az-ın baş direktoru vəzifəsindən ayrılması barədə məlumat yayılıb. Elçin Əlibəyli Lent.az-a açıqlamasında məlumatı qismən təsdiqləyib. O bildirib ki, ANS telekanalında yeni kommersiya layihəsinə başlayıb. Publika.az-ın baş direktoru vəzifəsindən ayrıldığı barədə xəbərə gəlincə, Əlibəyli bunları deyib: “Publika.az-ın baş direktoru vəzifəsindən ayrıldım, bundan sonra şirkətdə sırf reklam məsələləri ilə bağlı cavabdehlik daşıyacağam, yəni reklam direktoru kimi fəaliyyət göstərəcəyəm”.

# 1879
avatar

Oxşar yazılar