Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 415 namizədin iştirakı ilə növbəti test imtahanı keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, imtahan prosesi internetdə "on-line" rejimində birbaşa yayımlanıb.
İmtahan 100 sualdan ibarət testlə aparılıb. Yekun nəticələrə görə, 95 namizəd müvəffəqiyyət qazanıb.
Müsabiqədə iştirak edənlərə kömək məqsədilə onlar üçün Ədliyyə Akademiyasında hazırlıq kursu təşkil olunub.
Test imtahanından keçmiş namizədlər söhbət mərhələsində iştirak etmək üçün 15 iş günü ərzində, saat 09.00-18.00 arasında sənədlərini Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinə təqdim etməlidirlər. Sənədlərin siyahısı nazirliyin internet səhifəsində yerləşdirilib.

Ədliyyə orqanlarına işə qəbul üçün test imtahanı keçirilib
Oxşar yazılar

Bu BÜRCLƏRƏ XƏBƏRDARLIQ: Ayın sonuna qədər çətin sınaqlar gözləyir
24 may 2025 , 18:30
Avtomobildə kondisioner yaxşı işləmir? - Beş ümumi səbəb
24 may 2025 , 18:00
Bu marşrut xəttinə də yeni avtobuslar verildi
24 may 2025 , 15:38
Sabah yola çıxan sürücülərə XƏBƏRDARLIQ
24 may 2025 , 14:30
Sabah bu yerlərə qar yağacaq - PROQNOZ
24 may 2025 , 12:44
Hazırda bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
24 may 2025 , 11:22