Dövlət Komitəsi jurnalistləri mükafatlandıracaq
19 iyul 2013 22:00 (UTC +04:00)

Dövlət Komitəsi jurnalistləri mükafatlandıracaq

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 22 İyul Milli Mətbuat Günü qurumun fəaliyyətinin işıqlandırılmasında fəallıq göstərən bir qrup mətbuat nümayəndəsini Fəxri Fərmanla təltif edəcək.

 

Lent.az-ın verdiyi məlumata görə, bununla bağlı iyulun 22-də Dövlət Komitəsinin sədri Ramiz Həsənov mətbuat nümayəndələri ilə görüşəcək.

 

Ramiz Həsənov jurnalistləri maraqlandıran sualları da cavablandıracaq. Tədbirdə aşağıdakı mətbuat nümayəndələrinə Fəxri Fərman təqdim olunacaq:


- Atakişiyev Surxay Lətif oğlu- Azərbaycan Dövlət Televiziya və Radio verilişləri " QSC "Xəbərlər " informasiya proqramları studiyasının müxbiri
- Quluzadə Aidə Mahmud qızı- Azərbaycan Dövlət Teleqraf Agentliyinin İqtisadi şöbəsinin müxbiri


- Məmmədli Jalə Səxavət qızı- “APA Holding” MMC-nin nəzdində APA TV-nin müxbiri;

- Cürənov Ramiz Mikayıl oğlu – “Lent.az İnformasiya Agentliyi” MMC-nin müxbiri;
- Mənsimov Elgün Ziyəddin oğlu- “Azərbaycan” qəzetinin müxbiri;
 Şərifov Rasim Arif oğlu- "Lider Tv və Radio Azərbaycan "MMC-nin “Səda” informasiya xidmətinin müxbiri;
- Hacıyeva Nərmin Nurəddin qızı- “Space Müstəqil Teleradio” şirkətinin “Hərgün” xəbərlər xidmətinin müxbiri;
- Ələsgərov Kərəm Yura oğlu - Azad Azərbaycan Müstəqil teleradio Kompaniyasının “ATV xəbər” proqramının müxbiri;

- Gözəlov Vüsal Tapdıq oğlu- “Xəzər TV- MMC”-nin "Xəbərlər" departamentinin redaktoru;

- Ağayev Mais Mirmüqəddəs oğlu- İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya departamentinin böyük redaktoru;
- Şəhlayi Vəfa Elbrus qızı- ANS Müstəqil Yayım və Media Şirkətinin "Xəbərçi" informasiya proqramının redaktor-prodüsseri;
- Əhmədov İlkin Rafiq oğlu-"İnterfax- Azərbaycan İnformasiya Agentliyi" MMC-nin İqtisadi informasiya şöbəsinin müxbiri.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1039

Oxşar yazılar