<span style="color:red;">Diqqət!  Bu ərazidə rənglənmə işləri aparılacaq
01 avqust 2019 18:28 (UTC +04:00)

Diqqət! Bu ərazidə rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, bu üzdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar