
Dənizkənarı Milli Parkda həftəsonu istirahəti - REPORTAJ
Yoqa ilə məşğul olan kim, velosiped sürən kim, şahmat oynayan kim, dəniz qırağında qol-boyun olan kim. Görüntülər Dənizkənarı Milli Parkdandır.
Payızın ilk günlərindən, ölkə ərazisində hava şəraiti yağmurlu keçir. Amma artıq iki - üç gündür ki, havalar xoş keçir. Paytaxt sakinləri isə bundan səmərəli istifadə edib, dincəlirlər.
- Biz təkcə istirahət günü dincəlmirik, bizim üçün hər gün istirahətdir. Səhər saat 6-7-dən sonra gördüyünüz bu xanımlar və bəylə bir yerdə idman edirik. Məncə, ən gözəl istirahət budur, çünki gümrah olursan. Havanın belə olması həm mənim üçün, həm də bu xanımlar üçün yaxşıdır. Çünki xanımlar məndən fərqli olaraq velosiped sürürlər. Mən velosiped sürmürəm. Mənə də sərf edir, dartınıram, məşq edirəm.
- Biz hər gün buradayıq. Hər gün idmanla məşğul oluruq. Havalar yaxşı olanda velosipedlə gəlirik, bir az küləkli ya yağışlı olanda piyada gəlirik. İki gündür hava belə gözəldir, xoşdur, velosiped sürürük.
- Bakı küləklər şəhəridir. Biz idmançılar artıq alışmışıq həm soyuqda, həm istidə çıxıb öz istirahətimizi edirik.
Əlverişli hava şəraitindən istifadə edən balacalar isə vaxtlarını Dənizkənarı Milli Parkın ərazisində qurulmuş iri şahmat taxtasında şahmat oynayaraq keçirirlər.
- Mənə şahmatı atam öyrədib. Evdə öyrənmişəm, bura qardaşımla şahmat oynamağa gəlmişəm.
- Havalar yaxşı olanda isti olanda gəlirik şahmat oynamağa. Hələlik yeni başlamışıq.
- Nəvələrimlə birlikdə gəzməyi xoşlayıram. Havalar yaxşı olanda gətirirəm uşağı gəzməyə. Hələ gəzəcəyik. Gəmiyə minəcəklər uşaqlar.
- Nənəm məni istirahətə gətirib. Ən çox gəmiyə minməyi xoşlayıram. Hava da belə olanda xoşuma gəlir, gəzirəm.
- Bizi sinif rəhbərimiz gətirib gəzməyə. Həftə sonları bizi çox yerə aparır.
- Biz əvvəl İçərişəhərə getdik, orada gəzdik. Sonra da bulvara düşdük. Hava da çox yaxşıdır. Bir azdan attraksionlara da minəcəyik.
Mark Tven deyib ki, hər günə həyatının ən gözəl günü olması üçün şans ver. Odur ki, elə bu gün də, gözəl hava şəraitindən istifadə edərək, xoş istirahət etmək fürsətini əldən verməyin...
Almaz Qasımova Rizvan Zahidoğlu APA TV
Oxşar yazılar

Bütün həftəni "qara zolaq"da olacaq BÜRCLƏR
23 iyun 2025 , 00:02
Gözlənilməz lider: Ən uzun boylu insanlar hansı ölkədə yaşayır?
22 iyun 2025 , 17:02
İlin ən güclü maqnit qasırğası XƏBƏRDARLIĞI: İyul ayına qədər davam edəcək
22 iyun 2025 , 16:17
Fəlsəfə doktoru imtahanı keçirildi
22 iyun 2025 , 14:22
ABŞ-ın İrana zərbəsindən sonra Azərbaycanda radiasiya fonunda artım olmayıb
22 iyun 2025 , 13:59
Şüşə butulkaların gözlənilməz təhlükəsi AÇIQLANDI
22 iyun 2025 , 12:29
Axundun qaçırdığı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO - YENİLƏNİB
22 iyun 2025 , 10:41