Daxili işlər orqanlarının vakant vəzifələri üzrə nəticələr açıqlandı
10 sentyabr 2013 16:24 (UTC +04:00)

Daxili işlər orqanlarının vakant vəzifələri üzrə nəticələr açıqlandı

0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün daxili işlər orqanlarında vakant orta  rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticələr artıq TQDK-nın internet səhifəsində yerləşdirilib və hər bir namizədin imtahan nəticələrinə dair məlumat vərəqi Daxili İşlər Nazirliyinə təqdim olunub. 

Müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfəri imtahanda iştirak etməyib. Namizədlərdən 36 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb. İmtahanda ən yüksək nəticə 90 bal olub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 919

Oxşar yazılar