Davos Forumu Qlobal Gənclər Birliyinin görüşü olub
06 aprel 2013 20:05 (UTC +04:00)

Davos Forumu Qlobal Gənclər Birliyinin görüşü olub

 

Bu gün Bakıda Azərbaycan prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin (Global Shapers Community) görüşü başlayıb.

 

APA-nın məlumatına görə, tanışlıq görüşünün açılışında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək qonaqları salamlayıb.

 

Daha sonra MDB, Orta Asiya və Qafqaz üzrə “Global Shapers Community”nin baş meneceri Anastasiya Kalinina çıxış edərək, MDB və Mərkəzi Asiyadan olan gənclər nümayəndələrini bir-biriylə tanış edib.


Bildirilib ki, Bakı da daxil olmaqla dünyanın 145 şəhərində “Global Shapers Community”nin şəbəkəsi qurulub. Bu forumda 80-dən yuxarı Cənubi Qafqaz və Mərkəzi Asiyanın yaradıcı, biznesmen, dövlət strukturunda çalışan, alim, beynəlxalq təşkilatların nümayəndələri olan və sair gəncləri toplaşıb.


İki günlük görüş zamanı müxtəlif mövzularda beynəlxalq və regional ekspertlərin iştirakı ilə sessiyalar və təlimlər keçiriləcək. Mövzular “Regional inteqrasiyaya gənclərin baxışı”, “Gələcək regional inteqrasiyanın töhfələri” və “Media və PR” olacaq. “Fəaliyyət vasitəsilə Liderlik” sessiyası zamanı isə Azərbaycan gəncləri tərəfindən iki yeni layihənin təqdimatı keçiriləcək. Eyni zamanda yeni texnologiyalar və bu sahədə əldə olunmuş nailiyyətlərlə tanış olmaq məqsədilə tədbir iştirakçıları Sumqayıt Texnoloji Parkına səfər edəcəklər.

# 687
avatar

Oxşar yazılar