Bu rayonlarda qaz yoxdur - <span style="color:red;">SƏBƏB
05 avqust 2019 10:09 (UTC +04:00)

Bu rayonlarda qaz yoxdur - SƏBƏB

Tovuz və Ağstafa rayonlarının bir neçə yaşayış məntəqəsində bu gün saat 08:00-dan qaz təchizatı dayandırılıb.

Bu barədə Lent.az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, təchizatın dayandırılması Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral kəmərində aparılan təmir işləri ilə bağlıdır.

Qaz təchizatı işlər başa çatanadək olmayacaq.

Bundan başqa bu gün səhər saat 10:00-dan avqustun 6-sı işlər başa çatanadək Qaz İxrac İdarəsinin balansındakı magistral xətlərdə aparılan sazlama işləri ilə əlaqədar Qazax şəhərinin bir hissəsi, bir neçə kənd, bir sənaye müəssisəsi və 2 məktəbdə qaz təchizatı dayandırılacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727

Oxşar yazılar