Bu gün Azərbaycan dili və əlifbası günüdür
01 avqust 2013 11:51 (UTC +04:00)

Bu gün Azərbaycan dili və əlifbası günüdür

Bu gün Azərbaycan dili və əlifbası günüdür. 2001-ci il avqustun 1-dən bu gün qeyd edilir. 

 

1918-ci ildə Xalq Cümhuriyyəti qurulana qədər rəsmi yazışmalar ərəb qrafikalı əski ərəb əlifbasıyla aparılıb. Azərbaycanın ilk müstəqillik əldə etdiyi dövrdən sonra ilk dəfə latın qrafikalı əlifba tətbiq edilib. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradılıb. Bu Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verilib. Bu, yeni əlifbaya keçilməsində ilk ciddi addım olub.

 

1926-cı ildə keçirilən Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən, 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edilib. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ-də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaradıb. Və nəhayət 1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olunub. 

 

Kiril əlifbası 1992-ci il dekabrın 25-nə qədər qüvvədə qalıb. Rəsmi tətbiqinə 10 il sonra başlansa da, həmin gün Azərbaycan Ali Soveti latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar qəbul edib. Nəhayət, 2001–ci il avqustun 9-da ölkə prezidentinin fərmanı ilə 1 avqust Azərbaycan dili və əlifbası günü kimi elan edilib.

 

Azərbaycan dilinin hüquqları "Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında 20 madddəylə qorunur.

 

 

# 880
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar