
"Azəriqaz" "ASAN səyyar" xidmət göstərəcək
“Azəriqaz” İstehsalat Birliyinin mühəndisləri gələn həftənin əvvəlindən 30 təqvim günü müddətində qatar və avtobuslarda vətəndaşlara “ASAN səyyar” xidməti göstərmək üçün Qazax, Balakən, Beyləqan, Şəmkir, Cəlilabad, Ağcabədi və İsmayıllı rayonlarına ezam olunacaqlar.
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu işə əsasən birliyin Mərdəkan, Xırdalan və Maştağa xidmət sahələrində çalışan mütəxəssisləri cəlb edildiyindən həmin sahələrdə yeni quraşdırılan smart-kart tipli sayğacların kartlarının verilməsi müvəqqəti olaraq dayandırılır. Lakin Bakı Regional Qazın Satışı Departamentinin Babək prospekti 22/24 ünvanında yerləşən inzibati binasında, eləcə də Sabunçu xidmət sahəsində işə əlavə işçilər cəlb olunmaqla həftənin şənbə və bazar günləri də xidmət gücləndirilmiş formada davam etdiriləcək.
Bundan başqa, abonentlər “ASAN Kommunal” mərkəzlərindəki “Azəriqaz”ın xidmətlərindən əvvəlki kimi həftənin 6 günü yararlana bilərlər.
Oxşar yazılar

Kişilər onlara görə dəli olurlar: BÜRCLƏRİN ən ölümcül qadınları
10 iyun 2025 , 00:02
Bu BÜRCLƏRİ sürətli karyera yüksəlişi gözləyir
9 iyun 2025 , 18:43
Gün eynəyi taxmağın kimlər üçün təhlükəli olduğu AÇIQLANDI
9 iyun 2025 , 17:50
Keniya prezidenti Kamran Əliyevi qəbul etdi
9 iyun 2025 , 17:25
Benzinin ən ucuz və ən baha olduğu 10 ölkə: qiymətlər sizi şoka salacaq
9 iyun 2025 , 17:10
Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
9 iyun 2025 , 12:02
Azərbaycana təhlükəli makaron gətirilib? - RƏSMİ AÇIQLAMA
9 iyun 2025 , 11:20