Bərdədə mənşəyi bilinməyən ət aşkarlandı - <span style="color:red;">YENİLƏNİB
14 fevral 2014 18:15 (UTC +04:00)

Bərdədə mənşəyi bilinməyən ət aşkarlandı - YENİLƏNİB

Saxlanc yerində hətta iki il əvvəl kəsilmiş heyvanın əti də var


 

Bərdə rayonunda yararsız halda olan və mənşəyi məlum olmayan tonlarla ət tapılıb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Respublika Baytarlıq Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı məlum olub ki, Bərdə şəhər sakini Seyfəddin Novruzovun həyətində antisanitar vəziyyətdə saxlanılan xeyli miqdarda ət var.

 

DBX-nin Mətbuat Xidmətinin rəisi Yolçu Xanvəli APA-nın Qarabağ bürosuna bildirib ki, S. Novruzovun həyətində müəyyən olunan saxlanc yerində hətta iki il əvvəl kəsilmiş heyvanın əti də tapılıb: "Tapılan ətin xeyli hissəsinin mənşəyi məlum deyil. Hazırda əməkdaşlarımız buradakı ətin miqdarını və mənşəyini müəyyən etməyə çalışırlar".

 

APA-nın Qarabağ bürosu xəbər verir ki, reydə DBX rəisi Siyalə Rüstəmova rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1364

Oxşar yazılar