Benzin standartlarına dəyişiklik edildi
01 mart 2013 13:15 (UTC +04:00)

Benzin standartlarına dəyişiklik edildi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 059-2001 “Etilsiz avtomobil benzinləri” dövlət standartına dəyişiklik edilib. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, standarta edilən dəyişiklik aprelin 1-dən tətbiq ediləcək.

Dəyişikliyə əsasən, standartın adı yeni redaksiyada - “Avtomobil benzinləri. Texniki şərtlər” kimi ifadə edilib. Həmçinin standartın “Markalar üçün norma” bəndinə “A-98 markası” əlavə olunub. Standarta A-98 markalı benzinin detonasiya davamlılığı, sıxlığı, fraksiya tərkibi, doymuş buxarın təzyiqi, turşuluğu, kükürdün kütlə payı və s. göstəricilər üzrə normalar və sınaq üsulları da daxil edilib.

Azərbaycanda dövlət standartına əsasən üç markada avtomobil benzini – A-80, A-92 və A-95 istehsal edilir. Bildirilib ki, bu dəyişikliyə əsasən ölkəmizdə daha keyfiyyətli, oktan xarakteristikasını artıran komponentləri olan A-98 markalı benzinin istehsalı da mümkün olacaq.

 

# 1994
avatar

Oxşar yazılar