Bakıya ilk qar yağdı
14 dekabr 2012 10:57 (UTC +04:00)

Bakıya ilk qar yağdı

Azərbaycana daxil olan soyuq hava kütlələri nəticəsində Bakıya ilk qar yağıb. Lent.az-ın məlumatına görə, bu gün səhər saatlarından başlayaraq, Bakıda qar və sulu müşahidə olunub. Qar əsasən, Bakının Yasamal, Sulutəpə ərazilərinə yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Lent.az-a bildiriblər ki, bu gün səhər saatlarında Bakının bəzi ərazilərində sulu qar və qısa müddətli qar yağıb. Departamentdən bildirilib ki, bu gündən etibarən havanın soyuq, şaxtalı olacağı, temperaturun ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcəyi gözlənilir.

 

Dekabrın 14-də Bakıda və Abşeron yarımadasında temperaturun anomal gedişi gözlənilir. Havanın temperaturu gecə və səhər 4-6, günün ikinci yarısında 1-3 dərəcə isti olacaq, dekabrın 15-dən 16-na və 16-dan 17-nə keçən gecə 0-2 dərəcəyədək aşağı enəcək.

# 5974

Oxşar yazılar