Bir neçə gün əvvəl nəqliyyatın hərəkəti üçün bağlanan İzzət Nəbiyev küçəsində təmir işləri başa çatdırılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, Səbail rayonu ərazisində yerləşən küçəyə yeni asfalt-beton örtüyü döşənib.
Uzunluğu 900 metr, eni 10 metr təşkil edən küçədə köhnə asfalt-beton örtüyü qaşınaraq çıxarılıb, eləcə də yolun müxtəlif hissələrində yararsız bardürlər yeniləri ilə əvəzlənib.