
AzTV-də Musiqi Qrupu yaradılacaq - Bədii Şurada nələr müzakirə olundu?
“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Bədii Şuranın növbəti iclası keçirilib.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən xəbərə görə, iclasda QSC-nin sədri vəzifəsini icra edən Rövşən Məmmədov Şuranın ötən ay keçirilən son iclasından indiyə qədər görülən işlər barədə məlumat verib. Bu müddətdə AzTV-də “Gənclik stansiyası” adlı gəncləri əhatə edən mövzularla bağlı yeni formatda daha bir veriliş start götürüb. Bundan başqa, “Nəsimi İli” çərçivəsində “Mədəniyyət” TV-də Qiraət müsabiqəsi başa çatıb.
Yaxın zamanda daha iki yeni layihəyə start veriləcəyi bildirilib. Bunlardan biri hərbi vətənpərvərlik mövzusunda, tamamilə yeni formatda “Vətənə xidmət” tok-şousudur. Tok-şou hərbi çadırdan yayımlanacaq. Digəri isə əməkdar artist, şoumen Bəhram Bağırzadənin təqdimatında “Bəhram+” telelayihəsi olacaq.
Şura üzvləri xalq artistləri Mübariz Tağıyev, Mənsum İbrahimov, şair Baba Vəziroğlu, əməkar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, bəstəkar Faiq Şücəddinov və digərləri çıxış edərək son aylar Azərbaycan Televizyasında aparılan islahat və yenilikləri təqdir edib, ictimaiyyətin təşəkkürlərini çatdıraraq təkliflərini də səsləndiriblər. Təkliflər ədiblərin yaradıcılığından ibarət yeni formatda proqram, axşam şousu tipli yeni veriliş, canlı verilişlərin, musiqili verilişlərin sayının artırılması, aparıclar və sair ilə bağlı olub.
Fransadan səfərdən dönən Şura üzvü, xalq artisti Fidan Hacıyeva bu ölkədə yaşayan azərbaycanlıların son aylar AzTV-də baş verən yeniliklərlə bağlı təşəkkürlərini çatdırıb. Sonra yaradıcı və texniki sahədə yeniliklərdən, qarşıda duran məsələlərdən danışılaraq şura üzvlərinin təklifləri əsasında qərarlar qəbul edilib. Yaradıcı heyətdə kadrların daha da yenilənməsi istiqamətində Mədəniyyət və İncəsənət Universitetilə sıx əməkdaşlıq barədə də qərar qəbul edilib. Eyni zamanda, qərara alınıb ki, Bədi Şuranın nəzdində qurumda təmsil olunan aidiyyəti şəxslərdən ibarət Musiqi Qrupu da yaradılsın.
Oxşar yazılar

Bir BÜRCƏ şad xəbər: Bu həftə həyatınız kökündən dəyişəcək
24 fevral 2025 , 00:01
Azərbaycanda hava ilə bağlı hansı hallarda işlər dayandırılmalıdır?
23 fevral 2025 , 23:30
Sabah məktəblərdə dərslər ənənəvi qaydada davam edəcək
23 fevral 2025 , 23:19
Polisdən xəbərdarlıq - Yol örtüyü sizi aldada bilər
23 fevral 2025 , 21:51
Sabah bir çox universitetdə dərslər onlayn olacaq
23 fevral 2025 , 20:58
Azərbaycanda ən soyuq hava bu tarixdə gözlənilir - XƏBƏRDARLIQ
23 fevral 2025 , 19:59
Bu bürclərin kişiləri üçün siz həmişə anasından sonra ikinci olacaqsınız
23 fevral 2025 , 19:53