
Azərbaycanda növbəti ƏT QALMAQALI: mənşəyi bilinməyənlər ətlər ...
Nərimanov rayonunda qanunsuz heyvan kəsiminin qarşısının alınması ilə əlaqədar reydlər keçirilib
Lent.az-ın məlumatına görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir. Bununla bağlı olaraq paytaxtın Nərimanov rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reyd keçirilib. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunmuş reydlərdə Nərimanov Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
AQTA əməkdaşları Nərimanov rayonunun F.Yusifov, Ə.Əliyev və Ağa Neymətulla küçələrində 12 ünvanda fəaliyyət göstərən məntəqədə olublar. Məntəqələrdə satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb. Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
Həmçinin bu gün birgə Şəmkir rayonunda da reyd keçirilib və Sabirkənd kənd sakini Y.Sadıqovanın yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı, öldükdən bir müddət sonra kəsilmiş, 210 kiloqram çəkidə inək əti aşkar edilərək götürülüb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Araşdırmalar aparılır.
Oxşar yazılar

22 aprel - ayın son pul günüdür: Oxuyun və sahib olduğunuz hər şeyi artırın
22 aprel 2025 , 18:39
Qarabağa qayıdan sakinlərə "kupça" niyə verilmir? - CAVAB
22 aprel 2025 , 16:49Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53