
DİQQƏT: Bu ərazilərdə qaz olmayacaq
Oktyabrın 9-da səhər saat 09:00-dan “Qaz İxrac” İdarəsinin “Ərəblinka” orta təzyiqli qaz xəttində aparılacaq sazlama işləri ilə bağlı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Z.Bünyadov, Anaşkin, Ş.Kamilov küçələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Lent.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, saat 10:00-dan eyni idarəyə məxsus “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyasında yeni quraşdırılmış modul tipli stansiya şəbəkəyə birləşdiriləcək.
Bu işlər görülən zaman Abşeron rayonunun Pirəkəşkül, Çaylı və 28 may qəsəbələrində bir qrup abonentin qaz təchizatı dayandırılacaq. Saat 11:30-dan isə “Altıağac-Ağsu” magistral qaz kəmərində aparılacaq profilaktik işlər ilə bağlı Şamaxı rayonunun bir neçə kəndinin qaz təminatında fasilələr yaranacaq.
Oxşar yazılar

Azərbaycanlı ailə Rusiya vətəndaşlığından məhrum edildi
16 iyun 2025 , 11:50
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
16 iyun 2025 , 10:09
Az adamın bildiyi kəsmiyin TƏHLÜKƏSİ
16 iyun 2025 , 09:22
İyunun ikinci yarısı 3 BÜRC üçün şok olacaq - kim sınaqlarla üzləşəcək
16 iyun 2025 , 09:09
Çox yaxında gözəl xəbərlər eşidəcək BÜRCLƏR
15 iyun 2025 , 18:32
Zaqatalada kəndlərə dolu yağdı
15 iyun 2025 , 18:15
Araq içəndən sonra siqaret çəkmək istəyi nədən yaranır?
15 iyun 2025 , 17:35