Ana və körpəsi əməliyyat zamanı öldü
14 may 2013 12:47 (UTC +04:00)

Ana və körpəsi əməliyyat zamanı öldü

Mayın 14-də səhər saatlarında Respublika Perinatal Mərkəzində qeysər əməliyyatı zamanı 1986-cı il təvəllüdlü Fətəliyeva Maral Umudvar qızı doğulmamış uşağıyla birlikdə vəfat edib. Lent.az-ın “Yeni Müsavat”a istinadən verdiyi məlumata görə, qeysər əməliyyatını cərrah Ruslan Şamilov aparıb.

İlkin məlumata görə, həkimlər dəqiq bir şey demirlər, yalnız onu bildiriblər ki, əməliyyat zamanı ananın ürəyi dayanıb. Ancaq qohumları bunu şübhəli hesab edirlər.

M. Fətəliyevanın yaxınları ana və körpənin məhz həkim məsuliyyətsizliyi nəticəsində öldüyünü iddia edirlər. Mərhumənin qohumları həkimlərin qanunsuz hərəkətlərindən bütün instansiyalara şikayət edəcəklərini deyirlər.

 

# 1907
avatar

Oxşar yazılar