Bu günlərdə İDEAL şirkətinin 28Mall ticarət mərkəzində yerləşən mağazasında məşhur İssey Miyake brendinin Pleats Please ətrinin təqdimat mərasimi keçirildi.
Təqdimat zamanı Pleats Please ətrinin yaranma tarixi haqqında qonaqlara məlumat verildi. Qeyd edildi ki, ətir 2012 ci ildə Aureli Qişar (Aurelien Guichard) tərəfindən yapon dizayner İssey Miyake-nin Pleats Please adlı geyim kolleksiyasının 20 illik yubileyi şərəfinə hazırlanıb. Ətrin hazırlanması zamanı əsas ideya kimi dinamizm və rahatlıq anlayışına üstünlük verilib.
Pleats Please ətiri çiçəkli-meyvəli ətirlər qrupuna aiddir. Üst notları: armud; ürək notları: Pion, Şirin noxud və İndol; baza notları: paçuli, Ağ sidr, vanil və Ağ müşk absolyutudur.
Parfumda ilk nəzərə çarpan onun flakonunun orijinallığı olduğu da xüsusi olaraq vurğulandı.
Təqdimat zamanı qonaqlar Pleats Please ətrinin gözəl qoxusu ilə tanış oldular.
Təqdimatın ən orijinal məqamlarından biri isə qonaqlara İssey Miyake brendinin stilinə uyğunlaşdırılmış gözəl rəqsin nümayişi oldu.
Sonda təqdimatda iştirak edən bütün qonaqlara Pleats Please ətri hədiyyə edildi.
Siz də bu gözəl ətri İDEAL parfum və kosmetika mağazalarından əldə edə bilərsiniz.