(R) “Gənclərin Töhfəsi” İB-i 3 yaşını qeyd etdi
14 dekabr 2012 17:54 (UTC +04:00)

(R) “Gənclərin Töhfəsi” İB-i 3 yaşını qeyd etdi

“Gənclərin Töhfəsi” İctimai Birliyinin 3 yaşı tamam olur.

 

İctimai Birliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu münasibətlə dekabrın 13-də tədbir keçirilib.

 

Tədbirdə çıxış edən “Gənclərin Töhfəsi”nin sədri Asim Vəliyev deyib ki, İctimai Birlik yarandığı gündən bu günə kimi respublikamızda gənclərin fiziki və mənəvi inkişafına şərait yaratmaq, onların vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində aparılan gənclər siyasətinə dəstək verməkdədir və bir çox uğurlu layihələrə imza atıb. O, təşkilat üzvlərini təbrik edib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

 

Tədbirdə eyni zamanda bəzi özəl şirkət nümayəndələri də iştirak ediblər. “Memorial Klinik”in Marketinq və PR meneceri Anar Orucov, “Çudo Peçka”nın PR meneceri Vüqar Baba iştirak öz rəhbərliyinin təbrikini və hədiyyəsini təşkilat üzvlərinə çatdırıb. “Memorial Klinik”in nümayəndəsi  birliyin üzvlərinə klinikada 15% güzəştli müayinə və müalicə paketi təklif edib. 

 

# 484
avatar

Oxşar yazılar