(R) “Bank of Baku” və ADA anlaşma memorandumu imzalayıblar
04 aprel 2013 17:27 (UTC +04:00)

(R) “Bank of Baku” və ADA anlaşma memorandumu imzalayıblar

“Bank of Baku”  və Azərbaycan Diplomatik Akademiyası anlaşma memorandumu imzalayıblar. Sənədə “Bank of Baku”-nun İdarə Heyətinin sədri Fərid Hüseynov və Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev imza atıblar. İkitərəfli memorandum bankla təhsil ocağı arasında əməkdaşlığın əsas istiqamətlərini təsbit edir. Sənədə əsasən, ADA-da yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr "Bank of Baku" tərəfindən təsis edilən təqaüddən yararlana biləcək, ADA İxtisasartırma Proqramları isə bank əməkdaşları üçün xüsusi təlim kursları təşkil edəcəkdir.

 

Qarşılıqlı əməkdaşlıq həmçinin ADA tələbələri və məzunlarının "Bank of Baku"-da işə və təcrübə toplama proqramlarına cəlb edilməsi, birgə elmi-praktiki  konfransların keçirilməsi və gələcəkdə bank və maliyyə sahəsinə aid yeni ixtisasların açılmasını nəzərdə tutur.

 

Anlaşma memorandumu beş illik dövrü əhatə edir.

 

“Bank of Baku” ölkəmizin digər təhsil ocaqları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

# 816
avatar

Oxşar yazılar