"Nizami rayonunda yanan avtomobillər nasaz vəziyyətdə olub"
01 avqust 2013 13:01 (UTC +04:00)

"Nizami rayonunda yanan avtomobillər nasaz vəziyyətdə olub"

“Bir müddət əvvəl Nizami rayonunda yanan avtomobillərin çoxu nasaz vəziyyətdə olan avtomobillərdir”. Lent.az-ın məlumatına görə, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov jurnalistlərə açıqlamasında deyib.

 

V. Əsədov bildirib ki, yanğın hadisəsi avtomobil dayanacağından kənarda baş verib: “Yanan avtomobillərin çoxu isə nasaz vəziyyətdə və yaxud sahibi tərəfindən atılmış avtomobillər olub. Onların sahiblərinə təzminat verilib verilməsi hələlik məlum deyil. Hazırda həmin hadisə ilə bağlı araşdırma aparılır”.

 

# 1002
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar