<b>Nazim İbrahimov:</b> “Azərbaycan yaxın dövrdə...”
17 mart 2014 12:32 (UTC +04:00)

Nazim İbrahimov: “Azərbaycan yaxın dövrdə...”

“Gələcək illərdə Azərbaycanın daha geniş təbliğ edilməsi istiqamətində bizi çox böyük işlər gözləyir. İndi dünyada gedən proseslər, ərəb dünyasında, MDB məkanında baş verən proseslər onu göstərir ki, Azərbaycan yaxın dövrdə həqiqətən də beynəlxalq səviyyədə siyasi oyunçu kimi fəaliyyət göstərəcək”.


 

APA-nın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışı zamanı deyib. O bildirib ki, bu fəaliyyət zamanı xaricdə, beynəlxalq təşkilatlarda fəaliyyət göstərən azərbaycanlılara ehtiyac olacaq: “Sizin bir azərbaycanlı olaraq varlığınız əhatənizdə olan insanların Azərbaycan haqqında olan fikirlərini tamamilə korrektə edəcək. Sizin varlığınız Azərbaycanın təbliği, beynəlxalq təşkilatlarda çalışmağınız Azərbaycan həqiqətlərinin müəyyən mənada beynəlxalq ictimaiyyətə çatdırılması deməkdir. Hesab edirəm ki, siz gələcəkdə həmin təşkilatlarda azərbaycanlıların sayının artmasına yardımçı ola bilərsiniz”.

 

N. İbrahimov əlavə edib ki, dünyanın bir çox ölkəsində həmin ölkələrin siyasətinə təsir edə bilən, ümumiyyətlə, dünya siyasətinin formalaşmasında iştirak edən transmilli kampaniyalarda azərbaycanlılar mühüm yer tuturlar: “Onların da gələcəkdə bu prosesə cəlb olunması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar

"Sea Breeze" yolunda YENİ QAYDALAR

"Sea Breeze" yolunda YENİ QAYDALAR

16 iyul 2025 , 16:10
Dünyanın ən bahalı pendiri:  36 min avroya satıldı

Dünyanın ən bahalı pendiri: 36 min avroya satıldı

16 iyul 2025 , 16:03
Həftə sonu  41 dərəcə isti   olacaq

Həftə sonu 41 dərəcə isti olacaq

16 iyul 2025 , 15:58
Sabah da çimərlik havası  olacaq - PROQNOZ

Sabah da çimərlik havası olacaq - PROQNOZ

16 iyul 2025 , 14:21
Əllərdə  sarımsaq qoxusu,   fincanda ləkə, telefonda cızıq: Diş məcunu ilə  həll edin

Əllərdə sarımsaq qoxusu, fincanda ləkə, telefonda cızıq: Diş məcunu ilə həll edin

16 iyul 2025 , 13:52
Küləklə  bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

16 iyul 2025 , 13:19
40 dərəcə isti olacaq,  bu yerlərə leysan yağacaq  - Sabahın HAVASI

40 dərəcə isti olacaq, bu yerlərə leysan yağacaq - Sabahın HAVASI

16 iyul 2025 , 12:33
Bu rayonlara leysan yağır  - Faktiki HAVA

Bu rayonlara leysan yağır - Faktiki HAVA

16 iyul 2025 , 10:41