Ali məktəblərə ixtisas seçimi başa çatır
05 avqust 2019 12:44 (UTC +04:00)

Ali məktəblərə ixtisas seçimi başa çatır

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 6-sı saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) həmin vaxta qədər öz seçimlərini dəqiqləşdirməli və ixtisas seçimi etməklə ərizələrini təsdiq etməlidirlər. Bəzi abituriyentlər isə ixtisas seçimi edib ərizələrini yadda saxlasalar da, onu təsdiq etməyiblər. Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Abituriyentlər (həmçinin subbakalavrlar) qəbul olmaq istədikləri ixtisasları “Abituriyent” jurnalının 4-cü nömrəsindən seçib onların kodlarını DİM-in saytının müvafiq səhifəsində “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812

Oxşar yazılar