«Yerli İdarəetmədə Qadın Liderliyi» layihəsi çərçivəsində tədbir
05 aprel 2013 21:39 (UTC +04:00)

«Yerli İdarəetmədə Qadın Liderliyi» layihəsi çərçivəsində tədbir

«Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda» İctimai Birliyi Azərbaycanda ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) maliyyələşdirən və «Kaunterpart İnterneşnl» təşkilatının  həyata keçirdiyi Qadın İştirakçılığı Proqramı (QİP) üzrə «Yerli İdarəetmədə Qadın Liderliyi (YİQL)» adlı layihəsi çərçivəsində Bakının N.Nərimanov rayonu, Təfəkkür Universitetində tədbir  keşirib.

 

 

 Nərimanov rayon İcra Hakimiyyətinin, idarəetmədə və yerli qərarların qəbulunda iştirak edən, həmçinin sahibkar lider qadınlardan ibarət 20 nəfərdən çox nümayəndə Təfəkkür Universitetində toplaşaraq, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində 2012-ci ildən bəri həyata keçirilən «Yerli İdarəetmədə Qadın Liderliyi» adlı layihəsi üzrə «Azərbaycanda qadın liderliyinin artırılması və qərarvermə prosesində iştirakının gücləndirilməsi» mövzusunda dəyirmi masa keçirilib.

 

Lent.az-ın məlumatına görə, tədbiri Nərimanov rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar üzrə şöbə müdiri İradə Mahmudova açaraq «Yerli İdarəetmədə Qadın Liderliyi» adlı layihənin əhəmiyyətini vurğulayıb və onun vacibliyindən danışıb.

 

O, bildirib ki,  dövlətin gender  siyasətinin əsas istiqamətləri Heydər Əliyev tərəfindən 6 mart 2000-ci ildə imzalanmış “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında”  fərmanda öz əksini tapıb.

 

Müasir və müstəqil Azərbaycanda qadın hərəkatının strateji inkişaf istiqamətlərini müəyyən edən bu sənəd bütün qurumlarda qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmasını,  ölkədə gedən iqtisadi islahatlar çərçivəsində gender siyasəti tələblərini rəhbər tutmaqla qadınlar üçün kişilərlə bərabər imkanların yaradılmasını,  qadınların məşğulluğunun təmin edilməsini və qadın hüquqlarının müdafiəsinin gücləndirilməsini təmin edir.

 

İcra Hakimiyyətinin nümayəndəsi bildirib ki, Nərimanov rayonunda kifayət qədər ictimai-siyasi aktiv qadın potensialı mövcuddur və bu tədbir onların səfərbər olunmasına, gələcəkdə daha səmərəli fəaliyyətinin qurulmasına kömək edəcək.

 

Rayonda aparılan quruculuq, abadlıq işləri ilə yanaşı burada yaşayan, fəaliyyət göstərən qadınların hüquq və imkanlarının artırılması, onların qərarvermə proseslərində iştirakinın  aktivləşməsi və qadın liderliyinin inkişafının gücləndirilməsi sahəsində ictimai məlumatlandırma tədbirləri bundan sonra da davam etdiriləcək.

 

Layihə rəhbəri və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri xanım Lyudmila Xəlilova «Yerli İdarəetmədə Qadın Liderliyi» adlı layihə, onun məqsəd və vəzifələri haqqında geniş məlumat verib.

 

O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf  Konsepsiyası qəbul edililib ki, onun başlıca  strateji  məqsədi  mövcud  imkan  və  resursları  nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət  idarəetməsi  və  qanunun  aliliyi,  insanların  bütün  hüquq  və  azadlıqlarının  tam  təmin olunması  və  vətəndaş  cəmiyyətinin  ölkənin  ictimai  həyatında  fəal  statusu  ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. 

 

Burada ölkədə  gender  bərabərliyinin    təmin  edilməsi  məsələsi    diqqət  mərkəzində saxlanılacaq  və  onun  həlli  istiqamətində  müvafiq  tədbirlər  gerçəkləşdiriləcək.  Bu sahədə  dövlət  siyasətinin  əsas  istiqamətlərini  gender  əsaslı  zorakılıq  hallarının   qarşısının  alınması  üzrə  tədbirlərin  görülməsi,  qadınlar  və  kişilər  üçün  əmək bazarında  bərabər  imkanların  yaradılması,    qadınların  işdə  irəli  çəkilmək,  rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi təşkil edəcək. 

 

Layihə rəhbəri bildirib ki, ölkədə bu ilin yayında keçiriləcək IV Qadın Qurultayına hazırlıq işləri gedir və bütün regionlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tedbirlər və konfranslar keçirir. Tədbir iştirakçıların da bu prosseslərdə aktiv və təşəbbüskar olmagı çox vacibdir.

 

Bununla yanaşı o bildirdi ki, layihənin Nərimanov rayonunda həyata kerçirilməsinin məqsədi burada Qadın Liderliyinin artırılması  və qərarvermə prosesində iştirakının gücləndirilməsinə dair geniş maarifləndirmənin təşkili, qadınların liderlik üzrə bilik və bacarıqların artırılması və seçkilərdə qadın iştirakçılığının gücləndirilməsidir.

 

 

 

Tədbir iştirakçıları layihənin vacibliyini vurğulayaraq, qadın liderliyi, qadınların səlahiyyətləndirilməsi və iştirakçılığı  ilə bağlı prioritet məsələləri müzakirə ediblər.

Bununla yanaşı qeyd edilib ki, bu gün ölkəmizin bütün sahələrdə inkişaf etdiyi bir dövrdə gənclərin də gender hüquq və bərabərliyi, qadın liderliyinin inkişafı və qərarların qəbuletmə prosesində aktiv iştiraki, bu sahədə bilik və bacarıqların inkişafı prioritet məsələlərin sırasında olmalıdır. Bu mənada, lider və rəhbər vəzifəsində olan qadınların üzərində böyük  məsuliyyət var və bu sahədə maarifləndirməyə geniş yer ayrılmalıdır.  

 

Layihə haqqında daha geniş məlumat üçün layihə rəhbəri  Lyudmila Xəlilova ilə e-mail vasitəsilə (women_municipality@yahoo.com) və ya telefonla (994 50) 3200669  və layihə rəhbərin köməkçisi  Xəyalə Qurbanova ilə e-mail vasitəsilə (xayalags@hotmail.com) və ya telefonla (+994 55) 6232394 əlaqə saxlamağınız xahiş olunur.

# 1020
avatar

Oxşar yazılar