”Xaricdə yaşayan azərbaycanlı gənclərin Azərbaycanda təhsil alması üçün fond yaradılsın və o gənclərin ölkəmizdə pulsuz təhsil almasına dəstək verilsin”.
Lent.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin bugünkü iclasında çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı çıxış edib.
Deputat bildirib ki, dövlət büdcəsindən bu sahəyə ildə cəmi 1 milyon manat ayırmaqla bu sahədə çox ciddi iş görmək mümkündür: “1 milyon manata hər il təxminən 500 nəfərdən çox azərbaycanlı gəncin ölkəmizdə təhsil almasını təmin etmək olar. Bu gün güneydə və digər ölkələrdə yaşayan gənclərimizin ölkəmizdə təhsil alması ilə bağlı problemlər var. Dövlət bu məsələləri diqqətdə saxlamalıdır”.

“Xaricdəki azərbaycanlıların ölkəmizdə pulsuz oxumasına dəstək verilsin”
Oxşar yazılar

Təcili müdaxiləyə ehtiyac olan xəstə 5 saat gözlədilib? - RƏSMİ CAVAB
19 avqust 2025 , 14:12
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın HAVASI
19 avqust 2025 , 12:29
Doğuş sonrası depressiyadan necə qurtulmaq olar? - Ginekoloq danışdı
19 avqust 2025 , 10:49
Bu gün üç BÜRC böyük uğur qazanacaq
19 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
19 avqust 2025 , 08:15
Bu BÜRCLƏR üçün pul axını açılacaq: Şanslılar kimlərdir?
19 avqust 2025 , 00:02
Enerjili qalmaq üçün həftə ərzində yeyilməli 10 QİDA
18 avqust 2025 , 19:34