“Qiymət günü” təhsil müəssisələrində davamiyyət necədir?
21 dekabr 2012 11:11 (UTC +04:00)

“Qiymət günü” təhsil müəssisələrində davamiyyət necədir?

Dekabrın 21-də qiyamət qopacağı ilə bağlı fərziyyələr neçə aydır ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də müəyyən narahatlığın yaranmasına səbəb olub. Lent.az-ın məlumatına görə, hətta ölkəmizdə bəzi valideynlər buna inanaraq övladlarını bu gün məktəblərə göndərməkdən imtina ediblər.

 

Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Lent.az-a bildirib ki, Bakı şəhərinin bütün ümumtəhsil müəssisələrində davamiyyət yüksək səviyyədədir: “Öncə Lent.az-a minnətdarlığımızı bildiririk ki, məsələ ilə bağlı bizim idarənin valideynlərinə çağırışını geniş şəkildə işıqlandırdı. Valideynlər də bizim çağırışımıza müsbət yanaşdılar”.

 

Z. Əliqızının sözlərinə görə, bu gün Bakının əksər orta məktəbləri ilə əlaqə saxlanılıb və məlum olub ki, davamiyyətdə heç bir problem yoxdur. “Onu deyim ki, məktəblərdə növbəti rüb başa çatır. Hər hansı şagirdin bir dərsi buraxması onla üçün yaxşı hal deyil. Yəni indi hər bir şagirdin məktəbə gəlməsi vacibdir” - deyə, Təhsil İdarəsinin sektor müdiri əlavə edib.

 

Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyin mövqeyini öyrənmək istəsək də, bütün cəhdlərimiz nəticəsiz qaldı.

 

Anar Məcidzadə

# 1333

Oxşar yazılar