“Gənc baxış” insan alverinə qarşı
01 mart 2013 15:15 (UTC +04:00)

“Gənc baxış” insan alverinə qarşı

Azərbaycan Uşaqlar Birliyi (AUB) tərəfindən İREX Beynəlxalq Təşkilatının maliyyə dəstəyi və yaxın əməkdaşlığı ilə 2013-cü ilin yanvar ayından etibarən “Gənc Baxış” Gənclərin İnsan alverinə qarşı sosial media fəaliyyəti adlı layihəsinin icrasına başlanması ilə əlaqədar təqdimetmə mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə layihə icraçıları layihə haqqında ətraflı məlumat veriblər. Qeyd edilib ki, layihənin məqsədi insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan uşaqlara sosial media və video-jurnalistika sahəsində bilik və bacarıqlar verərək, yeni mediadan düzgün və effektiv istifadə etməklə Azərbaycanda məcburi əməyin və insan alverinin aradan qaldırılmasına töhfə verməkdir.

 

Görüşün sonunda Azərbaycan Uşaqlar Birliyinin ABŞ-ın Azərbaycandakı Səfirliyinin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı vasitəsi ilə gerçəkləşdirilən “Eşidilməyən Səslər” Uşaqlara Qarşı Məcburi Əməyə Son layihəsi çərçivəsində yeniyetmə və gənclərin hazırladıqları qısa videoçarxların nümayişi oldu, qonaqlar fikirləri ilə bölüşdülər.  

# 633
avatar

Oxşar yazılar