“28 May” metro stansiyasında təmir işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır. Lent.az-ın məlumatına görə, bu barədə Bakı metropolitenindən day.az-a bildiriblər. Məlumata əsasən stansiyanın yeni vestibülünün tikintisi qrafikə uyğun gedir. Heç bir gecikmə yoxdu.
Təmir işləri stansiyanın içində də gedir. Yenidənqurma işləri çərçivəsində müasir eskalatorlar quraşdırılıb, bütün ticarət obyektləri yığışdırılıb. Hazırda stansiyanın divarları mərmərlə örtülür.
Qeyd edək ki, metro stansiyasının yenidən qurulması layihəsi Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.