Azad Rəhimov BMT nümayəndəsi ilə görüşdü
08 oktyabr 2014 16:03 (UTC +04:00)

Azad Rəhimov BMT nümayəndəsi ilə görüşdü

Gənclər və İdman naziri Azad Rəhimov BMT-nin İnkişaf Proqramının və BMT-nin İnkişaf Qrupunun rəhbəri Helen Klarkla görüşüb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı gənclər sahəsində Azərbaycanda həyata keçirilən layihələr, qəbul edilən dövlət proqramları haqda məlumat verilib, birgə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

 

 

Eyni zamanda bu ilin oktyabrın 28-dən 30-dək Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı, Avropa Şurası, UNESCO və BMT-nin Gənclər Siyasəti üzrə xüsusi qurumu tərəfindən Bakıda gerçəkləşəcək “Gənclər Siyasəti üzrə I  Qlobal Forum” haqda danışıqlar olub. Forumun gənclər siyasətində böyük və uğurlu addım olduğu, bu sahədə yeni istiqamət olacağı qeyd edilib.

 

Bildirilib ki, dünyanın 200-dən artıq ölkəsindən 700-dən artıq iştirakçını bir araya toplayacaq forum gənclər siyasəti sahəsində yeni təcrübələrin əldə olunmasında, ölkələr arası fikir mübadiləsinin aparılmasında xüsusi önəm daşıyacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar