Vətən Müharibəsi şəhidi Ruslan İmanquliyevin anası koronavirusdan vəfat edib.
Lent.az-ın məlumatına görə, bir müddət əvvəl koronavirusa yoluxan R.İmanquliyevin anası Ramiyyə Səfərova müalicə olunmasına baxmayaraq dünən dünyasını dəyişib.
Qeyd edək ki, R.İmanquliyev oktyabrın 2-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə həlak olub. Şəhidimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
şəhid Ruslan İmanquliyev
şəhid Ruslan İmanquliyevin anası Ramiyyə Səfərova
şəhid Ruslan İmanquliyevin anası Ramiyyə Səfərova