ÜST-dən XƏBƏRDARLIQ: Nə COVID, nə də Omikron...
15 sentyabr 2022 18:45 (UTC +04:00)

ÜST-dən XƏBƏRDARLIQ: Nə COVID, nə də Omikron...

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ölkələri altı milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizəyə çağırıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, COVID-in sonunun yaxın olduğunu deyib:

2019-cu ilin sonlarında Çində ortaya çıxan virus 6,5 milyona yaxın insanın ölümünə və 606 milyon insanın yoluxmasına səbəb olub. Qlobal iqtisadiyyatı və səhiyyə sistemlərini sarsıdıb. Peyvəndlərin və müalicə üsullarının tətbiqi xəstəliyin şiddətini azaltmağa kömək etdi. ÜST keçən həftə  koronavirus ölümlərinin 2020-ci ilin martından bəri ən aşağı olduğunu açıqlayıb. 

O, ölkələri yüksək risk qruplarının tam şəkildə peyvənd etməyə və virus üçün testləri davam etdirməyə də səsləyib.

ÜST virusun gələcək dalğalarının mümkünlüyü barədə xəbərdarlıq edib və bildirib ki, ölkələr tibbi avadanlıq,  tibb işçiləri ilə kifayət qədər təchizat saxlamalıdırlar.

Onu da qeyd edək ki, ÜST-ün baş epidemioloqu Maria Van Kerkxov gələcəkdə, Omikron-un müxtəlif alt variantları  ilə yeni dalğaların olacağını deyib.

# 3126
avatar

Aytəkin Cəlali

Oxşar yazılar