Üçüncü qrupa imtahan verənlərə  MÜRACİƏT
06 yanvar 2023 17:18 (UTC +04:00)

Üçüncü qrupa imtahan verənlərə MÜRACİƏT

Dövlət İmtahan Mərkəzi 2023-cü ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edib.

Mərkəzdən Lent.az-a verilən xəbərə görə, ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, S.Vurğunun “Vaqif” əsərlərinin və “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolunun dərslikdə verilməyən, lakin oxunması tövsiyə olunan hissələri ilə aşağıdakı keçidlərdən tanış ola bilərsiniz.

1. C. Məmmədquluzadə “Anamın kitabı”

2. C. Cabbarlı “Oqtay Eloğlu”

3. İ. Əfəndiyev “Xurşudbanu Natəvan”

4. S. Vurğun “Vaqif”

5. “Koroğlu” eposundan “Həmzənin Qıratı qaçırması” qolu

2023-cü ilin qəbul imtahanlarında həmin hissələr üzrə tapşırıqlardan da istifadə edilməsi nəzərdə tutulur.

# 2622
avatar

Arzu Qurbanlı

Oxşar yazılar