Cərimələnən avtomobil
29 mart 2022 14:08 (UTC +04:00)

Cərimələnən avtomobil

Təmirə dayanan avtomobil CƏRİMƏLƏNDİ: Polisdən REAKSİYA

Bakıda təmirə dayanan avtomobil dayanma-durmaya görə cərimələnib.

Bu barədə Lent.az-a şikayətçi Baba Babuşov özü məlumat verib.

Onun sözlərinə görə, özünə məxsus olan “KİA Ceed” markalı avtomobil paytaxtın Binəqədi rayonu ərazisində avtomobil təmiri sexlərindən birinin önündə dayanıb. Avtomobildə texniki problem olduğu üçün bir müddətdir həmin yerdə saxlanılıb və istismar edilməyib. B. Babaşovun sözlərinə görə, avtomobilin hətta motoru da təmir üçün sökülüb.

Amma buna baxmayaraq, təmir üçün dayanan və mühərriki çıxarılan həmin avtomobil martın əvvəlində dayanma-durmaya görə cərimələnib. Bu gün isə idarə edilməsi mümkün olmayan avtomobil ikinci dəfə eyni yerdə saxlanıldığına görə gizli çəkilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məsələ ilə bağlı Lent.az-a bildirib ki, avtomobil dayanma-durmanın qadağan olunduğu yerdə saxlanılıbsa, onun mühərriksiz olub-olmamasının mənası yoxdur: “Mühərriki olmasa belə, avtomobil dayanma-durmanın qadağan olunduğu yerdə saxlanılıb deyə cərimələnib. Həmin avtomobili çəkən əməkdaş nə bilsin onun mühərriki yerindədir ya yox?! Istənilən yerdə maşını dayandırıb, mühərrikin sökmək nə dərəcədə doğrudur? Yaxşı olardı ki, həmin vətəndaş avtomobili hərəkətə mane olmayan əraziyə çıxarardı”.

Cərimə protokolu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3084
avatar

Mehman Nəbiyev

Oxşar yazılar