Lənkəran-Astara Regional Təhsil idarəsinin Masallı rayonu üzrə sektor müdiri vəzifəsindən istefa verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl Təhsil Nazirliyi tərəfindən Masallı rayonu üzrə sektor müdiri təyin olunan Tariyel Əkbərov ərizə yazaraq işdən çıxıb.
Hələlik istefanın səbəbi məlum deyil.
Verilən məlumata görə, o, Masallı rayon icra hakimiyyəti başçısının və rayonun idarə müdirləri ilə görüşündən dərhal sonra iş yerinə gələrək bütün əməkdaşları toplayıb. Onlara bir müddətdir ki, istefa vermək istədiyini, lakin indi qərarını reallaşdırdığını və ona heç bir təzyiq edilmədiyini bildirib.
Qeyd edək ki, Tariyel Əkbərov bundan əvvəl rayon təhsil şöbəsinin müdiri vəzifəsində işləyib.