Sürücülərin  DİQQƏTİNƏ:   Bu yolda hərəkət məhdudlaşdırılır
13 oktyabr 2021 09:41 (UTC +04:00)

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda hərəkət məhdudlaşdırılır

Oktyabrın 13-dən 16-dək Bakı şəhəri, Nəsimi rayonu , Alı Mustafayev küçəsində yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, məhdudlaşma 3-cü mikrorayon dairəsindən Xutor dairəsinədək olan istiqamətində aparılacaq əsaslı təmir işləri ilə əlaqədardır.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920
avatar

Mehman Nəbiyev

Oxşar yazılar