"Sübut olunub ki, Nərmin 3-4 gün əvvəl öldürülüb..." - İlkin yalan danışıb?
31 avqust 2022 18:44 (UTC +04:00)

"Sübut olunub ki, Nərmin 3-4 gün əvvəl öldürülüb..." - İlkin yalan danışıb?

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlərin 5 və 6-cı cildi tədqiq olunub.

Məhkəmədə vəkil Zabil Qəhrəmanov İlkin Süleymanovun həbs olunduqdan sonrakı bir neçə gün ərizində müqavilə əsasında olan vəkilindən gizlədildiyini deyib. Vəkil məhkəmədən bu epizoda diqqət yetirməsini istəyib: “İlkin Süleymanov 2020-ci il yanvarın 6-da həbs olunub. Həmin ayın 16-sı isə onun müqavilə əsasında olan vəkilinin orderi prokurorluğa təqdim olunub. Buna baxmayaraq, yanvarın 25-i və 28-də istintaq hərəkətləri keçirilsə də, həmin vəkil ittiham olunan şəxsə təqdim edilməyib. Bu da onu göstərir ki, İlkin Süleymanov vəkildən gizlədilib”.

Vəkil, həmçinin iş üzrə bəzi sənədlərin protokolda başqa, qərarda başqa olduğunu qeyd edib: “İlkin Süleymanovun təqsirləndirilən şəxs kimi cəlbetmə qərarında Nərmin Quliyevanın yanvarın 6-da öldürüldüyü göstərilib, ekspertiza qərarında isə sübut olundu ki, zərərçəkmiş üç-dörd gün əvvəl öldürülüb. Bu da onu göstərir ki, İlkinin hadisədən xəbərsiz olduğu üçün ilk ifadəsində yalan danışıb”.

Proses sentyabrın 7-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

# 5091
avatar

Oxşar yazılar

Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45
Sabah bu yollar  buz bağlayacaq   - HAVA PROQNOZU

Sabah bu yollar buz bağlayacaq - HAVA PROQNOZU

7 dekabr 2022 , 12:20
Nikahdan əvvəl  cinsi əlaqə   cinayət hesab ediləcək

Nikahdan əvvəl cinsi əlaqə cinayət hesab ediləcək

6 dekabr 2022 , 19:57
Normal havada  duman işıqlarını   yandırmaq olar?

Normal havada duman işıqlarını yandırmaq olar?

6 dekabr 2022 , 18:43
Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

6 dekabr 2022 , 17:08
Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar  buz bağlayacaq

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar buz bağlayacaq

6 dekabr 2022 , 13:18
Sabah bu ərazilərə  qar yağacaq   - HAVA PROQNOZU

Sabah bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU

6 dekabr 2022 , 12:24
İlon Mask

İlon Mask Bakıya gəlir?

6 dekabr 2022 , 10:55