"Sualların satılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək" - NAZİR
27 iyul 2022 12:03 (UTC +04:00)

"Sualların satılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək" - NAZİR

“Sualların satılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.

Lent.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə riyaziyyat fənnindən sualların satılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, nazirlik bu məsələdə zərərçəkən tərəfdir:

“Çünki bu suallar bazada yerləşdirilir və imtahana bazada olan suallardan seçilir. Biz sualları aldığımız şəxslərlə məxfilik müqaviləsi imzalayırıq. 

Suallarla bağlı bu cür problemin olması bizim üçün də pisdir. Biz bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.

# 2973
avatar

Fidan İlqar

Oxşar yazılar