Son sutkada COVID-19-dan daha 3 nəfər öldü
15 sentyabr 2022 16:32 (UTC +04:00)

Son sutkada COVID-19-dan daha 3 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 256 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

zərbaycanda indiyədək ümumilikdə 818 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 807 096 nəfər müalicə olunaraq sağalıb, 9 876 nəfər vəfat edib, aktiv xəstə sayı 1 918 nəfərdir.

Ölkədə son sutka ərzində 3 388, hazırkı dövrədək isə 7 206 805 test aparılıb.

# 1965
avatar

Oxşar yazılar