Şimşək çaxacaq,  yağış yağacaq   - Sabahın HAVASI
29 avqust 2024 12:19 (UTC +04:00)

Şimşək çaxacaq, yağış yağacaq - Sabahın HAVASI

Avqustun 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 48681
avatar

Oxşar yazılar