Şəkidə antiterror əməliyyatında şəhid olan hərbçilərin məzarı ziyarət olunub 
20 sentyabr 2024 10:37 (UTC +04:00)

Şəkidə antiterror əməliyyatında şəhid olan hərbçilərin məzarı ziyarət olunub 

Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olanların xatirəsi Şəki rayonunda ehtiramla anılıb.

Lent.az xəbər verir ki, sentyabrın 19-da Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri antiterror tədbirləri zamanı şəhadətə yüksəlmiş rayonun Cumakənd kənd sakini, kiçik gizir Əhmədov Rizvan Niyazi oğlunun və Aşağı Layısqı kənd sakini, əsgər İdrisov Bəxtiyar İxtiyar oğlunun məzarlarını ziyarət ediblər. Şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirilib, onların ruhlarına dualar oxunub.

Anım mərasimlərində  şəhidlərin vətənpərvərliyindən, qəhrəmanlığından söz açılıb, onların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi qeyd olunub.

Şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5100
avatar

Oxşar yazılar