35 dərəcə isti  olacaq - Sabahın havası
19 iyun 2025 12:27 (UTC +04:00)

35 dərəcə isti olacaq - Sabahın havası

İyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-31° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar