Sabah çimərliklərdə hava necə olacaq? -  PROQNOZ
13 iyul 2022 14:58 (UTC +04:00)

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

İyulun 14-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

# 1752
avatar

Oxşar yazılar