Sabah bu ərazilərə  su fasilələrlə veriləcək
06 avqust 2022 22:41 (UTC +04:00)

Sabah bu ərazilərə su fasilələrlə veriləcək

Bülbülə və Əmircan qəsəbələrinin su təchizatında məhdudiyyətlər olacaq.

Lent.az-ın xəbərinə görə, bu barədə Azərsu məlumat yayıb.

Bildirilib ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 07 avqust 2022-ci il tarixində gün ərzində Suraxanı rayonu Bülbülə və Əmircan qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

# 2934
avatar

Oxşar yazılar