Sabah Bakıya yağış, rayonlara qar yağacaq -  HAVA PROQNOZU
03 noyabr 2022 12:28 (UTC +04:00)

Sabah Bakıya yağış, rayonlara qar yağacaq - HAVA PROQNOZU

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-18° isti, Bakıda gecə 9-11° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacaq.

Avtomobil yollarında vəziyyət

Noyabr ayının 4-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Quba-Qusar, Quba-Xaçmaz, Qaraməryəm-İsmayıllı-Şəki, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Füzuli-Cəbrayıl-Mahmudlu, Ucar-Zərdab-Ağcabədi, Bəhramtəpə-Biləsuvar, Xankəndi-Xocavənd, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var.

 

# 2874
avatar

Oxşar yazılar