Sabah 42 dərəcə isti olacaq  - HAVA PROQNOZU
15 avqust 2022 12:22 (UTC +04:00)

Sabah 42 dərəcə isti olacaq - HAVA PROQNOZU

Avqustun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°isti, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 30-35% olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 14-19° isti, gündüz 26-31° isti olacaq.
 

# 2295
avatar

Oxşar yazılar