Sabah  18 dərəcə şaxta   olacaq - HAVA PROQNOZU
11 fevral 2025 12:44 (UTC +04:00)

Sabah 18 dərəcə şaxta olacaq - HAVA PROQNOZU

Fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şərq rayonlarda yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1989

Oxşar yazılar