Qənirə Paşayeva dəfn edildi - VİDEO  + FOTO
29 sentyabr 2023 11:00 (UTC +04:00)

Qənirə Paşayeva dəfn edildi - VİDEO + FOTO

Millət vəkili Qənirə Paşayeva dəfn edilib.

Lent.az xəbər verir ki, o, İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət qurumlarının rəsmiləri, deputatlar, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak edib.

***

10:28

Deputat Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb.

Lent.az xəbər verir ki, mərhum İkinci Fəxri Xiyabanda dəfn ediləcək.

***

Saat 10:15

Xəbərə fotolar və video əlavə edilib

***

saat 10:00

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə vida mərasimi keçirilir.

Lent.az xəbər verir ki, onunla vida mərasimi Heydər Məscidində baş tutur. Keçirilən vida mərasimində dövlət qurumlarının rəsmiləri, Milli məclisin deputatları, mərhumun ailəsi və yaxınları iştirak edir.

Vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi ll Fəxri Xiyabana aparılacaq və orada torpağa tapşırılacaq.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16917
avatar

Arzu Qurbanlı

Oxşar yazılar